İsmayıllı rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri və silah-sursatlar götürülüb. Bu barədə ShimalNews 30 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə əməliyyatlar həyata keçiriblər.
Nəticədə rayon sakinləri – Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevdən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkarlanıb.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.