Bu gün saat 10:00-da “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək. Bu barədə ShimalNews 30 yanvar tarixində məlumat verir.

Tədbir Nizami Gəncəvi küçəsində yerləşən “Azərişıq”ın inzibati binasında keçiriləcək. Burada iştirak etmək istəyən şəxslər İsmayıllı Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbulda vətəndaşlardan peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.