Quba-Xaçmaz yolunda avtomobil qəzası zamanı uşaqlar xəsarət alıblar. Bu barədə ShimalNews 28 yanvar tarixində məlumat verir.
Hadisə yanvarın 27-si saat 18:00 radələrində baş verib. Alıc və Qaracik-Zeyid kəndlərinə aparan yolun girişində “VAZ-2107” və “VAZ-21012” markalı avtomobillər toqquşublar.
Şahidlərin sözlərinə görə, “VAZ-21012”nin içində ailə olub. Arxada əyləşən uşaqlar əzilib və qorxublar. Onları Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müayinə olunmağa aparıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub.