Xaçmazda ölkənin ən böyük aqroparkı tikilir. Bu barədə ShimalNews 28 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.
İnşaat işləri Xudat şəhərində 17 hektar sahəni əhatə edir. Burada iri tutumlu soyuducu anbarlar və avtomobil parkı tikilir. Həmin anbarlardan meyvə və tərəvəz məhsulları saxlanılmaq üçün istifadə ediləcək, daha sonra isə Rusiya və digər ölkələrə daşınması həyata keçiriləcək.
Tikinti işləri bitdikdən sonra aqroparkda 300 nəfər üçün iş yeri açılacağı gözlənilir.