Xaçmaz rayonunda yerləşən inzibati binada yanğın baş verib. Bu barədə ShimalNews 28 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Hadisə Yergüc kəndində qeydə alınıb. Burada ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsinin bir otağında 4 kv.m sahədə tavan və 1 ədəd rəf yanıb. Yanğın xilasedicilər tərəfindən söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.