Xaçmazda “Bir dühanın ömür salnaməsi” layihəsi çərçivəsində tarix dərslərinə start verilib. Bu barədə ShimalNews 28 yanvar tarixində mərkəzə istinadən məlumat verir.
Dərslər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil edilib. 1 saylı tam orta məktəbin şagirdlərinə “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzusunda mühazirə oxunub. Dərsdə müstəqil Azərbaycanın memarı, ümumilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edilib.
Mərkəzin direktoru Könül Əskərova və məktəbin tarix müəllimi Bəxtiyar Əmirli şagirdlərin suallarını cavablandırıblar.