Növbəti həftə “Azəriqaz” İB şimal bölgəsində vətəndaşlarla görüş keçirəcək. Bu barədə ShimalNews 28 yanvar tarixində adıçəkilən müəssisəyə istinadən məlumat verir.
“Açıq mikrofon” aksiyası Quba, Qusar, Siyəzən və Xızı rayonlarında təşkil ediləcək. Sakinlərin qazlaşdırma ilə bağlı məsələləri və təklifləri dinləniləcək.
Məkan və tarixlər aşağıda qeyd olunub:
- Yanvarın 30-u, saat 11:00-dan 12:00-dək Quba rayonunda (Gənclər Parkı);
- Yanvarın 31-i, saat 11:00-dan 12:00-dək Siyəzən rayonunda (Mərkəzi Kitabxana);
- Fevralın 1-i, saat 11:00-dan 12:00-dək Qusar rayonunda (Rəsm Qalereyası)
- Fevralın 3-ü, saat 11:00-dan 12:00-dək Xızı rayonunda (Heydər Əliyev Mərkəzi).