Sabah Qusar Olimpiya İdman Kompleksində keçiriləcək üzgüçülük yarışına hazırlıq gedir. Bu haqda ShimalNews 28 yanvar tarixində adıçəkilən kompleksə istinadən xəbər verir.
Balaca idmançılar məşqlərini bu gün də davam etdirirlər. Yanvarın 29-u saat 09:30-da isə 100-dən çox gənc Sumqayıt, Abşeron və Bakıdan bura təşrif buyuracaq.
Daha öncə 2 Fevral – Gənclər Gününə həsr olunan üzgüçülük yarışı keçiriləcəyi haqda xəbər vermişdik.