Quba-Xaçmaz yolunda saat 14:50-də zəncirvari qəza baş verib. Bu haqda ShimalNews 28 yanvar tarixində xəbər verir.
Hadisə Zərdabi qəsəbə ərazisində baş verib. Şahidlər bildirib ki, ardıcılıqla “Nissan” və “Mercedes” markalı avtomobillər dayanaraq digər avtomobilin dönmə manevri etməsini gözləyirdilər. Bu zaman “Ford” markalı yük avtomobili onlara arxadan çarpılıb.
Xəsarət alan olmayıb.

