Qubanın icra başçısının Qəçrəş kəndində vətəndaşların səyyar qəbulu baş tutacaq. Bu barədə ShimalNews 28 yanvar tarixində məlumat verir.
Tədbir yanvarın 30-u saat 11:00-da Qəçrəş kənd tam orta məktəbində keçiriləcək. Buraya, eləcə də dövlət qurum və idarələrinin nümayəndələri təşrif buyuracaqlar.
Sakinlər görüşə qatılaraq onları maraqlandıran və narahat edən müraciətlərini birbaşa ünvanlaya bilərlər.