İsmayıllıda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib. Bu barədə ShimalNews 28 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Bilik yarışı “Heydər Əliyev İli” və 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan çempionat  “Gənclər Həftəsi 2023” layihəsi çərçivəsində keçirilib. Müsabiqənin nəticələrinə əsasən, sonda qalib komandalar mükafatlandırılıb.

İntellektual oyun İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə baş tutub.