Xaçmazda bu il 13.723 ha buğda və 6.551 ha arpa əkilib. Bu haqda ShimalNews 28 yanvar tarixində Azərtac-a istinadən xəbər verir.
Təsərrüfatçılar buğdanın, əsasən, “Əzəmətli-95”, “Qobustan”, “Bezos” sortlarına üstünlük verirlər. Bu sortlar rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir.
2022-ci ildə rayonun taxıl sahələrindən 70.022 ton məhsul toplanılıb. Bunun 8.749 tonu buğda, 21.272 tonu isə arpa məhsuludur.
Fevral ayından taxıl sahələrinin suvarılmasına başlanılacaq. Növbəti mərhələdə taxıl sahələrinə azot gübrəsi veriləcək. Onun 15-20 %-i səpindən qabaq, 60 %-i erkən yazda, 20-25 %-i isə bitkilərin boyatma dövründə verilməlidir.