Qubanın Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
Yol nəqliyyat hadisəsi saat 17:15 radələrində qeydə alınıb. “VAZ”, “Hyundai” və “Mazda” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları gəliblər.
Şahidlərin sözlərinə görə, piyada yolu nəzərdə tutulmayan yerdən keçmək istəyib. Bu an “09” əyləcə basıb və toqquşma baş verib.