Qubanın Alpan kəndində icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 27 yanvar tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon Polis Şöbəsinin rəis müavini, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Burada qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerində lazımi tapşırıqlar verilib.