İsmayıllının 76 yaşlı Qalıncaq kənd sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə ShimalNews 27 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, Cavahir Baxışova yaşadığı evin pilləkənindən, təxminən 2 metr hündürlükdən yıxılıb. Nəticədə xəsarət alan qadın yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.