İsmayıllıda vətəndaşların müraciətlərini dinləmək üçün icra başçısı Nahid Bağırov qəbul keçirib. Bu barədə ShimalNews 27 yanvar tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
Qəbul N.Behdiyev adına 6 saylı tam orta məktəbin binasında keçirilib. Rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri sakinlərlə görüşdə iştirak ediblər.
İcra başçısı qaldırılan məsələləri dinləyib, onların həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.