İsmayıllı rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb. Bu barədə ShimalNews 27 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşları mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə əməliyyatlar həyata keçiriblər. Nəticədə rayon sakinləri Asiman Gərayev, Fazil İsayev, Natiq Hüseynov və Tural İbrahimovdan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Asiman Gərayev, Fazil İsayev, Natiq Hüseynov və Tural İbrahimovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.