Dövlət Statistika Komitəsi 2022 və 2021-ci illəri müqayisə edərək hotel tipli obyektlərdə keçirilmiş gecələmələrin sayını açıqlayıb. Bu barədə ShimalNews 26 yanvar tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Bildirilib ki, gecələmələr Qubada 5.8 %, Xaçmazda 4.9%, Qusarda 4.1%, Şabranda 3.8%, İsmayıllıda 1.1% təşkil edib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 4.0 %-i Qubada, 3.4 %-i Qusarda, 0.7 %-i Şabranda, 1.9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.