Qusar, Xaçmaz və İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Açıq qapı” günü keçiriləcək. Bu barədə ShimalNews 26 yanvar tarixində adıçəkilən komitəyə istinadən məlumat verir.
Tədbir yanvarın 31-i saat 10:00-dan 17:00-dək keçiriləcək. Görüşdə psixoloq, sosial işçi və hüquqşünaslar iştirak edəcəklər.
Ünvanlar:
- Qusar şəhəri, M.Vəliyev küç., Heydər Əliyev Mərkəzinin 2-ci mərtəbəsi;
- Xaçmaz şəhəri, N.Nərimanov küç., H.Əliyev Mərkəzi;
- İsmayıllı şəhəri, A.Aslanov küç. 6.