Qubada sürücü narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Bu barədə ShimalNews 26 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

“Ford Tranzit” markalı  yük avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Bəxtiyar Əskərovun narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

Tibbi müayinə nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Onun barəsində qanunvericiliyə uyğun olaraq, protokol tərtib edilib və məhkəməyə göndərilib.

Quba rayon məhkəməsinin qərarına əsasən, həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.