İsmayıllı şəhərinin daha çox istifadə olunan küçələrində işıqlandırılma vasitələri yenilənib. Bu barədə ShimalNews 26 yanvar tarixində icra hakimiyyətinə istinadən məlumat verir.

Abadlıq-quruculuq işləri çərçivəsində işıq lampaları yeniləri ilə əvəzlənir. İlk mərhələdə prosesə Nizami küçəsindən start verilib. Yaxın günlərdə Heydər Əliyev prospektinin, Cavanşir və Axundov küçələrinin işiqlandırılması yenilənəcək.

Ümumilikdə şəhər ərazisində 500-dən çox yeni lampa quraşdırılacaq. Köhnə lampalar isə kənd və məhəlləarası küçələrin işıqlandırılmasında istifadə olunacaq.

Hazırda şəhərin işıqlanması saat 18:00-dan səhər saat 7:00-dək təmin olunur.

İsmayıllı şəhərinin daha çox istifadə olunan küçələrində işıqlandırılma vasitələri yenilənib
Foto İsmayıllı RİH