Xaçmaz şəhərində iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 25 yanvar tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi saat 08:50 radələrində General Hüseyn Rəsulbəyov küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Burada “VAZ-2107” markalı avtomobil “QAZ” markalı avtomobillə toqquşub. Xəsarət alan olmayıb.

Qəzanın baş verdiyi yerdə sərt döngə olduğu üçün digər avtomobillərin hərəkətində ləngimələr müşahidə edilib.