Qusarın futbol komandasının Region Liqasının növbəti oyununda rəqibi bəlli olub. Bu barədə ShimalNews 25 yanvar tarixində Region Liqasının facebook səhifəsinə istinadən məlumat verir.

Yanvarın 28-i “Qusar” və “Şirvanovka” futbol komandaları qarşılaşacaqlar. 9-cu tur oyunu Şirvanovka stadionunda saat 14:00-da baş tutacaq.

Daha öncə 8-ci tur oyununu “Qusar” FK tam qələbə ilə başa vurmuşdur.