İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi (DPTM) daha bir “Əməkdaşlıq Memorandumu” imzalayıb. Bu haqda ShimalNews 25 yanvar tarixində mərkəzə istinadən məlumat verir.

“Azərxalça” ASC-nin İsmayıllı filialı ilə bağlanılan memorandum əsasında DPTM-nin tələbələrinin burada istehsalat təcrübəsinin həyata keçirilməsi  nəzərdə tutulur. Həmçinin ASC-nin İsmayıllı filialı əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkili və gələcəkdə əmək bazarının tələbləri əsasında kadr ehtiyaclarının ödənilməsi planlaşdırılır.