İsmayıllıda narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə ShimalNews 25 yanvar tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

RPŞ-nin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində şəhər sakini Elnur Mahmudovun yaşadığı ünvana baxış keçirilib. Burada ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi  çətənə kolları aşkar edilib.

Mahmudov bildirib ki, həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb.

İsmayıllı: külli miqdarda marixuana becərən şəxs saxlanılıb
Foto Daxili İşlər Nazirliyi