FHN-in Şimal Regional Mərkəzinin akt zalında “Əbədiyaşar lider – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 25 yanvar tarixində nazirliyə istinadən məlumat verir.
Tədbirdən öncə iştirakçılar Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqilliyimizin qorunub saxlanılmasında xidmətlərindən bəhs ediblər.
Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.