İnsanlar Xaçmazın Keymərəz kəndini tərk edərək qazlaşdırılmış və yaşamaq üçün şərait olan məkanlara köçürlər. Bu barədə ShimalNews 24 yanvar tarixində məlumat verir.

Sayad, Ərəb, Hacılar və Qalağan kəndləri mavi yanacaqla təmin olunub. Bunun üçün onlara əhatə etdikləri Keymərəzdən xətlər çəkilib. Keymərəzdə yaşayan sakinlər isə bildirirlər ki, evlərini isitmək üçün meyvə bağlarından ağacları kəsib istifadə edirlər.

Burada göz açıb ömürlərini yaşayan yaşlı insanlar bu əziyyətlə üzləşdiklərinə görə pərişan olublar. Onlar bildirirlər ki, mümkün olan bütün qurumlara müraciət ediblər. Məsələnin həlli üçün tədbir görülməyib.

Artıq Keymərəzdə cəmi 25 evin çırağı yanır. Qalan evlər tərk edilib.