Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 24 yanvar tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakini Ariz Məmmədov, Siyəzən rayon sakinləri Mübariz Məhərrəmov, Mehman Əkbərov, Eldəniz Cavadov, Xaçmaz şəhər sakini Rasim İsmayılov olduqları müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1882 metr uzunluğunda 26 ədəd sintetik tor yığışdırılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.