Xaçmazın icra başçısı Elnur Rzayev Uzunoba kəndində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 24 yanvar tarixində RİH-yə istinadən məlumat verir.

Tədbirdə, eləcə də yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar icra başçısı ilə birgə Baraxum, Xəzərli, Şıxlı, Meçitoba, Şərifoba, Tikanoba və Yataqoba kəndlərinin sakinlərini dinləyiblər.

Vətəndaşlar yeni məktəb binasının inşası, kəndlərarası yolun təmiri, qaz təchizatının bərpası, içməli və suvarma suyu ilə bağlı müraciətlər səsləndiriblər. Onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.