Bakı-Quba-Bakı, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə ShimalNews 23 yanvar tarixində Report-a istinadən məlumat verir.

İddiaçıların təkliflərini komissiya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)  inzibati binasında Bakı-Quba-Bakı istiqamətində 4 Lot üzrə martın 10-da, Bakı-Qusar-Bakı istiqamətində 4 Lot üzrə martın 14-də, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində 4 Lot üzrə martın 17-də müsabiqə keçirilən zaman açacaq.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 10-u saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə fevralın 27-si saat 17:00-dək AYNA-ya təqdim etməlidirlər.