“Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İB-nin layihəsi qalib elan edilib. Bu barədə ShimalNews 24 yanvar tarixində Birliyə istinadən məlumat verir.

“Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsini Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyi qalib seçib. Adıçəkilən layihə çərçivəsində işlər Qusarda yaşayan 20 qadının məşğulluq imkanlarının genişləndirilməsi və gücləndirilməsinə yönəlib.  Məqsəd qadınların işsizliyini aradan qaldırmaqdır.

Qadınlara “Kompüter bacarıqları” və “CV yazmaq və iş axtarmaq bacarıqlarının öyrədilməsi” təlimlərinin keçirilməsi nəzərdə tutulub. Təlimlər Qusar rayon Qadın Resurs Mərkəzində ödənişsiz keçiriləcək.  Təlimlərin sonunda müdavimlərə sertifikat təqdim olunacaq.

Ödənişsiz təlimlərə qatılmaq istəyən qadınlar (02338) 55-695 nömrəsinə müraciət edə bilərlər.