Quba şəhərinin M.P.Vaqif küçəsində yanğın olub. Bu barədə ShimalNews 24 yanvar tarixində xəbər verir.
Hadisə yanvarın 23-ü saat 22:00 radələrində baş verib. “İstanbul” qeyim mağazası ilə üzbəüz yerləşən dərzi sexi yanıb. Əraziyə FHN-in bölmələri cəlb edilib və alovun qarşısı alınıb.
Şahidlərin sözlərinə görə, sexin dam örtüyünün üzərində qısaqapanma baş verib. Sonra alışma olub və obyekt tamamilə yanıb.
Xəsarət alan olmayıb.