Sabah Qubada icra başçısı Ziyəddin Əliyev vətəndaşlarla səyyar qəbul keçirəcək. Bu barədə ShimalNews 24 yanvar tarixində məlumat verir.

Tədbir yanvarın 25-i saat 11:00-da 2-ci Nügədi kəndi 3 Nomrəli Tam orta məktəbinin akt zalında baş tutacaq. Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Sakinlər onları narahat edən məsələlərlə bağlı müraciət edə bilərlər.