İsmayıllıda “Böyük görüş” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 23 yanvar tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüş “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirə RİH-nin nümayəndələri, İB-nin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, rayon ziyalıları qatılıblar.

Tədbirdə iştirak edən şəhid ailələrinə “Zəfər Diplomu” təqdim edilib.

İsmayıllı: şəhid ailələrinə "Zəfər Diplomu" təqdim edilib
Foto İsmayıllı Rayon İcra Hakimiyyəti