Xaçmazın Hacıəlibəy kəndinin ərazisindəki natəmizlik aradan qaldırılıb. Bu barədə 23 yanvar tarixində ShimalNews məlumat verir.

Ötən həftə oxucularımızı narahat edən bu vəziyyəti gündəmə gətirmişdik.

“Zibillər bura uzun müddətdir toplanılır. Arada bəzi sakinlər od vuraraq zibilləri yandırırlar. Yağış yağdıqca vəziyyət lap pisləşir. Yolda palçıq, yolun kənarında zibillik. Bilmirsən, necə gedəsən”, – deyə sakinlərdən biri bildirmişdi.