Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 23 yanvar tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Köhnə Xaçmaz kəndində Rəşad Məlikməmmədova və Nizami Ağayevə məxsus məntəqələrdə qayda pozuntuları aşkar edilib.
Obyekt sahiblərinə qarşı inzibati protokollar tərtib edilib.