Xaçmazda “Coding for Beginners” adlı təlim təşkil edilir. Bu haqda ShimalNews 23 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Təlim 26-27 yanvar tarixlərində saat 14:30-dan 16:30-dək Amerika Mərkəzində baş tutacaq. Görüş zamanı proqramlaşdırmanın növləri, proqramlaşdırmanı öyrənmə üsulları, proqramlaşdırmada ali təhsilin və ingilis dilinin rolu, təcrübə və iş imkanları haqqında ətraflı məlumat veriləcək.

Ödənişsiz olan tədbirdə 13-30 yaş aralığında olan şəxslər iştirak edə bilərlər. Maraqlanan şəxslər qeydiyyatdan keçərək təlimə qoşula bilərlər.