Bu gün Qubanın Çartəpə kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 23 yanvar tarixində Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

23 yanvar 2023-cü il tarixdə icra başçısı Ziyəddin Əliyev sakinlərlə görüşüb. Qəbulda Quba rayon prokuroru, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə qaldırılan məsələlərin həlli məqsədilə rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

RİH: Qubada icra başçısı sakinlərlə görüşüb
Foto Quba Rayon İcra Hakimiyyəti