Qusarın futbol komandası növbəti qələbəsini qazanıb. Bu barədə ShimalNews 23 yanvar tarixində Region Liqasının facebook səhifəsinə istinadən məlumat verir.

“Qusar” FK rəqibi “Gənclik” İK komandası ilə qarşılaşıb. Siyəzən şəhər stadionunda baş tutan oyun 8-0 hesabı ilə komandamızın tam qələbəsi ilə başa çatıb. Oyun Region liqasının 8-ci turu çərçivəsində baş tutub.