Qusar rayonunda narkotacirlər tutulublar. Bu haqda ShimalNews 23 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə narkotik vasitələri istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Elxan Şixzadayev və Elşad Camalov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.