Qusar Olimpiya İdman Kompleksində 2 Fevral – Gənclər Gününə həsr olunan üzgüçülük yarışı keçiriləcək. Bu haqda ShimalNews 23 yanvar tarixində adıçəkilən kompleksə istinadən xəbər verir.

Açıq birincilik yanvarın 29-u Sumqayıt və Qusar Olimpiya İdman Komplekslərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Burada 6-13 yaşlarında oğlan və qızlar iştirak edəcəklər. Turnirdə ilk 3 yeri tutan idmançılar diplom və medallarla  təltif olunacaqlar. Bütün yarışa qatılanlar isə sertifikatlarla təltif ediləcəklər.

Turnir şəxsi xaraket daşıyır (qeydiyyat 10 manat). Yarışa qatılan üzgüçülərin ezamiyyə xərcləri (nəqliyyat, yemək və yataq) öz hesablarınadır.