“Park Qusar” hotelində 4 nəfərin ölməsi ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb. Bu haqda ShimalNews 23 yanvar tarixində Baş Prokurorluğa istinadən xəbər verir.

Məlumata əsasən, istirahət mərkəzində baş vermiş hadisəyə görə Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi irəli sürülüb.
İstintaq davam edir.
Daha ətraflı hadisə ilə bağlı məlumat dərc etmişdik.