Qubada “Guba Open Chess Festival”ı keçiriləcək. Bu haqda ShimalNews 23 yanvar tarixində “Ağ Top” Şahmat Akademiyasına istinadən məlumat verir.

Turnir “Quba Şahdağ” hotelində fevralın 6-sı start alacaq və 13 fevraladək davam edəcək. Yarışın baş hakimi Qüdrət İsmayılovdur. Yarışın mükafat fondu 7 min manat təşkil edir.

Yarışın keçirilməsində məqsəd Azərbaycan şahmatının təbliği və inkişafı, uşaq, yeniyetmə və gənclərin şahmatla müntəzəm məşğul olmağa cəlb edilməsi, şahmatçıların Beynəlxalq reytinqinin artırılmasıdır.

Turnirdə iştirak etmək üçün yanvarın  31-dək qeydiyyatdan keçmək lazımdır. Bunun üçün [email protected] və ya (055) 540-44-02, (055) 603-47-60 nömrəsi ilə əlaqə saxlaya bilərlər.