Qubanın ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 23 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Şəhərdə yerləşən “5 Ulduz” marketdə Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, ev şəraitində hazırlanan məhsulların satışı aşkar edilib.

“Qızıl Qaya” restoranında isə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkarlanıb.

Bununla bağlı obyektlərə qarşı qanunda nəzərdə tutulan addımlar atılıb.