Qubada 1 nəfərdən 2 kiloqrama yaxın narkotik vasitə aşkar edilib. Bu haqda ShimalNews 23 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Hacıyev saxlanılıb. Ondan 1 kiloqram 850 qram heroin aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır.