Qusarın Cağar kəndində yerləşən hoteldə 4 nəfər ölüb və 6 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyi ilkin ehtimalı açıqlayıb. Bu haqda ShimalNews 23 yanvar tarixində “Qafqazinfo“-ya istinadən xəbər verir.

“Park Qusar” hotelindəki koteclərdən birində yanvarın 22-si yanğın olub. FHN hadisənin odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyini ehtimal edib.

Məlumata görə, yanaraq vəfat edənlər 54 yaşlı Emin Babayev, onun həyat yoldaşı 42 yaşlı Zülfiyyə Babayeva, onların yeganə övladları, 18 yaşlı Rauf Babayev və daha bir şəxs, 50 yaşlı Rüstəm Dadaşovdur.

Bundan başqa, 6 nəfər xəsarət alıb. Onlar 71 yaşlı Larisa Repina, 73 yaşlı Olqa Dadaşova, 45 yaşlı Natalya Dadaşova, 43 yaşlı Denis Repin, 14 yaşlı Emil Dadaşov və 7 yaşlı Kamilla Dadaşovadır.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra 5 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. 1 nəfərin müalicəsinə isə Qusar RMX-da davam etdirilir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

"Park Qusar" hoteldə 4 nəfər ölüb: xəsarət alanların həkim nəzarətində saxlanılması davam edir
Foto Qafqaz.info
"Park Qusar" hoteldə 4 nəfər ölüb: xəsarət alanların həkim nəzarətində saxlanılması davam edir
Foto Qafqaz.info