İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Duyu Bütünləmə” mövzusunda praktik-təlim keçirilib. Bu barədə ShimalNews 23 yanvar tarixində adıçəkilən mərkəzə istinadən məlumat verir.

Təlimdə erqoterapist-psixoloq, eyni zamanda Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı-qazi Hüseyin Kərimov iştirak edib.

Mərkəzə müraciət edən valideynlərin uşaqları müayinə edilib, nəticələrlə bağlı ailələrə müvafiq məsləhətlər verilib və uşaqlar mərkəzin aidiyyəti xidmətlərinə yönləndirilib.