İsmayıllıda təhsil ocağı və təşkilatlar arasında “Əməkdaşlıq Memorandumu” qəbul olunub. Bu haqda ShimalNews 23 yanvar tarixində  İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə (DPTM) istinadən məlumat verir.

Memorandum İsmayıllı DPTM, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi tərəfindən imzalanıb. Sazişin imzalanması əməkdaşlıq münasibətlərini təmin etməklə gənclərin yerli və beynəlxalq proqramlara, təlimlərə, layihələrə və müvafiq tədbirlərə cəlb edilməsini, könüllülük sahəsində əməkdaşlıq çərçivəsində təşkilatlararası əlaqələrin gücləndirilməsini özündə ehtiva edir.