Xaçmaz sakini Qubada beşbarmaq və narkotiklə saxlanılıb. Bu haqda ShimalNews 21 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Nəticədə narkotik vasitələrin istifadəsi, əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb.

Məlum olub ki, M.Rəsulov Xaçmaz rayonunda narkotik alverçisi kimi tanınır. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.