Xaçmazda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda ShimalNews 21 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 kv.m sahədə yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.